Deputat mədəniyyət sahəsinə ayrılan vəsaitin artıtılmasını istədi

"Mədəniyyət və incəsənət sahəsinə ayrılan vəsaitlərin ciddi şəkildə artırılmasına ehtiyac var. Çünki bu sahədə çalışan şəxslərin gəlirləri olduqca aşağı səviyyədədir". Olaylar xəbər verir ki, bunu parlamentin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib. Deputat bildirib ki, public hüquqi şəxslər bu gün özünü tam mənada doğrultmur. Ona görə də, bu məsələyə yenidən baxmaq lazımdır.  

Deputat qeyd edib ki, büdcədən təhlükəsizliklə bağlı ayrılan vəsaitlərin artırılması daha məqbul seçimdir: "Ölkəmiz müharibəni bitirsə də hələ də müharibə riski var. Ona görə də. təhlükəsizlik məsələlərinə diqqət yetirmək lazımdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31