Ötən il iqlim dəyişikliyi ilə mübarizəyə 857 milyon manat xərcləyib

2023-cü ildə Azərbaycanın dövlət büdcəsindən iqlim dəyişiklikləri ilə mübarizə tədbirlərinə 856,9 milyon manat vəsait sərf edilib. Olaylar xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili parlamentin bu gün keçirilən plenar iclasında - "2023-cü il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib. Əlavə edib ki, ötən il iqlim dəyişikliyi ilə mübarizə xərcləri büdcə xərclərinin 2,35 %-i qədər olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31