Rövnəq Abdullayev inşa ediləcək gəmilərdən danışdı

Bakı şəhəri yaxınlığında inşa olunan yeni gəmiqayırma zavodu üçün artıq sifarişlər var. Təkliflər əsasən Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) və BP-nin "Şahdəniz" və "Azəri-Çıraq-Günəşli" layihələri üçün lazım olan gəmilərdir. "APA-Economics"in xəbər verdiyi kimi, bunu jurnalistlərə açıqlamasında ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib.
 Onun sözlərinə görə, Fövqəladə Hallar Nazirliyi üçün də gəmilərin layihələri hazırlanır: "Bu ilin sonu - gələn ilin əvvəli bu layihələr hazırlanacaq. Artıq gələn ildən gəmilərin inşasına başlamaq istəyirik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31