Azərbaycanın COP29-a ev sahibliyi etməsi xarici siyasətin ən böyük uğurudur- ÖZƏL

"Ölkəmizin bu il COP29-a ev sahibliyi etməsi yaşıl enerji amilinə verilən önəmin ifadəsidir". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Sevinc Fətəliyevanın sözlərinə görə,  Azərbaycan beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə daim öz töhfələrini verir: "Respublikamızın dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a ev sahibliyi etməsi üçün seçilməsi Azərbaycan Prezidenti İlham Əliyevin siyasətinin növbəti parlaq qələbəsidir. Bu, Qoşulmama Hərəkatına sədrliyimiz və BMT Təhlükəsizlik Şurasına üzvlüyümüzdən sonra xarici siyasətimizin ən böyük uğurudur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31