ABŞ-da dövlət işçiləri əmək haqqı ala bilməyəcək
1 Oktyabr 2013 17:09 İqtisadiyyatABŞ Konqresi büdcə məsələsi ilə bağlı gecə yarısınadək bir qərara gələ bilmədiyi üçün ABŞ hökuməti rəsmi olaraq bağlandı. Bu barədə "OLAYLAR" İA xəbər verir. Konqresdəki respublikaçıların hökumətin ödəmələrə davam etməsi ilə bağlı 6 həftəlik qısamüddətli büdcə hazırlamağı, səhiyyə islahatlarının dayandırılması yaxud təxirə salınması şərtlərini irəli sürməsi ABŞ hökumətinin 17 ildən sonra ilk dəfə rəsmi olaraq bağlanmasına yol açdı.Əgər sabaha qədər Konqres büdcə məsələsində razılaşa bilməsə 800 hökumət işçisi işə gedə bilməyəcək, federal büroların, parkların, muzeylərin çoxusu bağlanacaq. Bundan başqa da 10 minlərlə havalimanı işçisi, sərhəd xidmət işçiləri əmək haqqı almadan işləyəcəklər. ABŞ prezidenti Barak Obama hökumətin bağlanmasına bir neçə saat qalmış Ağ Evdə açıqlama verib və büdcə böhranını aradan qaldırmaq üçün səhiyyə islahatlarının təxirə salınmasını təklif edən respublikaçılara sərt reaksiya göstərib.
Barak Obama: "ABŞ iqtisadiyyatında çətinliklə qazanılan irəliləmələri risqə almaq məsuliyyətsizliyin ən üst səhifəsidir, bu belə ola bilməz, təkrar edirəm, bu belə ola bilmıəz!"