Vüqar Bayramov: "İri sahibkarlar arasında qadınlar azdır"
24 May 2024 12:37 İqtisadiyyat"Azərbaycanda hər 5 sahibkardan 1-i qadın olsa da, iri sahibkarlar arasında qadınlar xeyli azdır". Olaylar xəbər verir ki, bunu deputat Vüqar Bayramov Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib:
"Orta sahibkarların 8 %-i, kiçik sahibkarların isə 16 %-i qadınlardır. Bundan başqa, qadınların maaaşının az olduğundan onlar pensiyaya çıxanda da az pensiya alırlar. Təklif edirəm ki, qadınlar pensiyaya çıxarkən onlara xüsusi əmsal tətbiq edilsin".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31