Azərbaycanda qadınların orta maaşı kişilərdən azdır-Komitə sədri
24 May 2024 12:14 İqtisadiyyat2023-cü ildə Azərbaycanda qadınların və kişilərin orta aylıq nominal əməkhaqqı müvafiq olaraq 739 manat və 1 067 manat təşkil edib. Olaylar xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib: "Bu göstəricilərdə yəgin ki, payıza doğru dəyişikliklər baş verəcək. Əmək bazarında aparılan monitorinqlər nəticəsində məlum olur ki, qadınların payı artmaqdadır".
"Hazırda ölkədəki fərdi sahibkarların 23 %-i qadınlar, 77 %-i isə kişilərdir. Bu nisbətin qadınların xeyrinə dəyişməsi, onların maliyyəyə əlçatanlığının artırılması istiqamətdə müsbət addımlar atılır. Yeri gəlmişkən, banklarda çalışanların 38 %-i qadınlar, 62 %-i kişilərdir", - deyə B.Muradova əlavə edib.