Parlament gələn ilin dövlət büdcəsini qəbul etməyə hazırlaşır

Milli Məclisin payız sessiyasında 2014-cü ilin dövlət büdcəsi haqqında qann və büdcə zərfinə daxil olan digər sənədlər qəbul ediləcək. MM-dən verilən məlumata görə, artıq Maliyyə Nazirliyi tərəfindən hazırlanmış 2014-cü il dövlət büdcəsinin və icmal büdcənin layihəsi və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri  sentyabrın 13-də Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərib. Nazirlər Kabineti də öz növbəsində sənədi bəyənərək prezidentə təqdim edib. Yaxın günlərdə sənədin parlamentə daxil olacağı gözlənilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31