Bakıda keçirilən “Fintex Summit 2024” başa çatıb
16 May 2024 13:51 İqtisadiyyat15-16 may 2024-cü il tarixində Bakıda keçirilən "Bank və Maliyyə Ekosistemində Yeni Trendlər: İnnovativ Həllər, FinTex və Təhlükəsizlik" adlı "Fintex Summit 2024" başa çatıb.
Olaylar xəbər verir ki, iki gün davam edən sammit çərçivəsində rəqəmsallaşma prosesləri, ödənişlər sənayesinin gələcəyi, süni intellektin tətbiq edilməsi, nağdsız ödənişlərin inkişafı, regionda finteks sahəsinin inkişafı və rəqəmsal valyutalar ətrafında fikir mübadiləsi aparılıb.
Spikerlər öz çıxışlarında ölkələrdə ödəniş sistemlərinin inkişafından, açıq bankçılıqdan, süni intellektin tətbiqinin müsbət və mənfi cəhətlərindən, nağdsız ödənişlərə keçidin sürətləndirilməsindən, rəqəmsal valyutaların gələcəyindən, kibertəhdidlərdən və yeni çağırışılardan danışıblar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31