Mərkəzi Bank Azərbaycan neftinin 2024-2025-ci illər üzrə orta qiymətini proqnozlaşdırıb
1 May 2024 13:50 İqtisadiyyatMərkəzi Bank 2024-ci ildə Azərbaycan neftinin bir barelinin orta qiymətinin 85,7 ABŞ dolları olacağını proqnozlaşdırıb.
Olaylar xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov uçot dərəcəsinin parametr dəyişikliyinə həsr olunmuş mətbuat konfransında deyib.
"2025-ci ildə bir barel neftin orta qiyməti 83,5 ABŞ dolları səviyyəsində proqnozlaşdırılır", - deyə o bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31