Mikayıl Cabbarov: "Azərbaycan, Qazaxıstan və Özbəkistan nazirlərinin üçtərəfli görüşü keçiriləcək"
1 May 2024 10:36 İqtisadiyyatDaşkənddə Azərbaycan, Qazaxıstan və Özbəkistan nazirlərinin üçtərəfli görüşü keçiriləcək.
Olaylar.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"Özbəkistana işgüzar səfər çərçivəsində Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin Müşahidə Şurasının iclasında, Daşkənd Beynəlxalq İnvestisiya Forumunda, həmçinin Özbəkistan və Qazaxıstan nazirləri ilə üçtərəfli görüşdə iştirak edəcəyik. Özbəkistanın bir sıra hökumət nümayəndələri ilə ölkələrimizin ortaq maraqlarına xidmət edən təşəbbüslər və iqtisadi əməkdaşlığımızın inkişafı imkanları ətrafında müzakirələr aparacağıq", - nazir qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31