“Panasonic” şirkəti tibb bölməsini satır
27 Sentyabr 2013 17:32 İqtisadiyyatYaponiyanın "Panasonic" şirkəti səhiyyə üçün həblərin istehsalı üzrə ixtisaslaşan "Panasonic Healthcare" bölməsini "KKR&Co" fonduna 1,5 milyard dollara satır. Mincom.gov.az xəbər verir ki, Yaponiyanın elektronika nəhəngi ABŞ-ın özəl şirkətinə "Panasonic Healthcare" bölməsinin 80 faizini sataraq özündə 20 faizini saxlayır."Panasonic Healthcare" bölməsi tibbi monitorinq üçün sistemlərin istehsalı ilə məşğul olur. Bundan başqa, bölmə tibbi cihazlar, xüsusilə stomatoloji avadanlıq dəstləri, cərrahiyyə bıçaqları və s. istehsal edir. ABŞ-ın "KKR&Co" şirkəti üçün bu alış Yaponiyada iri alış hesab edilir. "Panasonic"ə gəldikdə, bu, istehsalçı üçün tibbi avadanlıq bölməsinin satılması əsas fəaliyyət nəticəsində yaranan itkilərlə mübarizə üzrə planın həyata keçirilməsində atılan addımdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31