İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ölkələrin nümayəndələri ilə COP29 müzakirə olundu
30 Aprel 2024 10:38 İqtisadiyyatEkologiya və təbii sərvətlər naziri və COP29-un prezidenti Muxtar Babayevin rəhbərlik etdiyi komanda heyəti ilə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) nümayəndə heyəti arasında görüş keçirilib.
Olaylar xəbər verir ki, bu barədə COP29-un rəsmi "X" hesabında paylaşım edilib.
Bildirilib ki, əksər inkişaf etmiş ölkələr kimi, İƏİT-ə üzv dövlətlər iqlim dəyişmələrinə qarşı mübarizədə maliyyə məsələlərini genişləndirməkdə mühüm töhfə verəcəklər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31