Yaşıl enerjinin dünya bazarlarına nəqli Azərbaycanın enerji siyasətinin prioritetidir- ÖZƏL
29 Aprel 2024 14:45 İqtisadiyyat"İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası yaşıl enerji zonası elan olunub. Azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunması prioritetdir". "Olaylar" xəbər verir ki, bunu deyən YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskayanın sözlərinə görə, həmin ərazilərdə "ağıllı şəhər", "ağıllı kənd" kimi innovativ yanaşmalar tətbiq edilir, ekosistem bərpa olunur. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli Azərbaycanın enerji siyasətinin prioritetidir. Azərbaycan elektrik enerjisi istehsalının qoyuluş gücündə bərpa olunan enerji mənbələrinin payının 2030-cu ilə qədər 30 faizə çatdırılmasını hədəfləyir:
"Dövlət başçısı İlham Əliyevin aprelin 26-da Almaniyaya işgüzar səfəri zamanı Almaniya Prezidenti Frank Valter Ştaynmayer, həm də Almaniyanın Federal Kansleri Olaf Şolts ilə keçirilən təkbətək və geniş tərkibdə görüşlərində, eləcə də cənab İlham Əliyevin Berlində keçirilən "15-ci Petersberq İqlim Dialoqu"nun Yüksək Səviyyəli Seqmentində çıxışında bu hədəfə xüsusi diqqət yönəldildi. "Sizin bugünkü səfəriniz əsasən iqlim siyasəti çərçivəsindədir və Azərbaycan COP29-un sədrliyini üzərinə götürüb, yəni, ev sahibi olacaq. COP28 çərçivəsində Dubayda vacib qərarlar qəbul olundu. Deməli, 2030-cu ilə qədər bərpaolunan enerji üç dəfə, enerji səmərəliliyi iki dəfə artırılmalıdır, metan tullantıları azaldılmalıdır. Həmçinin qeyd etmək istərdim ki, 2030-cu ilə qədər Azərbaycanın enerji sektorunda külək, Günəş və su elektrik enerjisinin payını 30 faiz artırması çox gözəl bir xəbərdir. Almaniya 80 faizi hədəfləyib" söyləyən Almaniyanın Federal Kansleri Olaf Şolts bildirdi ki, yaşıl enerji və hidrogen enerjisi sahələrində əməkdaşlıq üçün regionda böyük potensial mövcuddur və alman şirkətləri hidrogen və bərpaolunan enerji sahələrində Azərbaycanda əməkdaşlıq etməyə maraqlıdırlar. Təbii ki, bunun üçün müvafiq çərçivə şərtləri mövcud olmalıdır".