Alternativ enerjiyə keçid dünyanın üzləşdiyi ekoloji fəlakətdən qorunmağın ən məqbul yoludur- ÖZƏL
29 Aprel 2024 12:46 İqtisadiyyat"Son illərdə həm dünyada, həm də Azərbaycanda alternativ enerji mənbələrinin inkişafı istiqamətində çox geniş layihələr həyata keçirilir". "Olaylar" xəbər verir ki, bunu YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov deyib: "Dünyanın bir çox maliyyə strukturları qazıntı yanacağı layihələri üçün kiçik bir vəsait ayırıb, və yaxud həmin sahəni demək olar ki, unudublar. Alterntiv enerjinin inkişafı ekoloji problemlərin və qazıntı yanacağının qismən də olsa qarşısını almağa xidmət edəcək. Amma cənab İlham Əliyev haqlı olaraq deyir: "Hesab edirəm ki, qazıntı yanacağına dünyada hələ uzun illər ərzində tələbat olacaq. Bu gün qazıntı yanacağına tələbatın olmayacağını söyləmək sadəlövhlük olardı. Dünya buna hazır deyil, dünya iqtisadiyyatı buna hazır deyil və sənaye buna hazır deyil. Beləliklə, hesab edirəm ki, ən yaxşı yol çata bilməyəcəyimiz hədəfi qoymaqdansa, sinerji yaratmaq və təkamül yolu ilə irəliləməkdir. Bizə gəldikdə, biz bunu edirik. Biz artıq investorlarımızla birlikdə yaşıl enerji layihələrinə investisiyalarımıza başlamışıq". Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının dediyi kimi bütün sahələrdə olduğu kimi alternativ enerji mənbələrinin inkişafı üçün təkamül yolu seçilməli, dünyanın üzləşdiyi ekoloji fəlakətdən qorunmağın ən məqbul yoludur".