COP29 Azərbaycanın beynəlxalq münasibətlər sistemində rolunun töhvədir- ÖZƏL

"COP29 Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və rolunun göstəricisi olmaqla yanaşı, ölkəmizin bərpa olunan enerji sahəsində böyük potensiala malik olmasının, həmçinin iqlim dəyişmələrinə qarşı qlobal mübarizəyə davamlı töhfələr verməsinin və onları daha da artırmaq istəyinin təqdimatıdır". "Olaylar" xəbər verir ki, bunu YAP Goranboy rayon təşkilatının sədri Samir Qocayev deyib: "Azərbaycan zəngin neft və qaz resurslarına malik olmasına baxmayaraq yaşıl enerjiyə keçidin prioritet məsələ olduğunu açıqlayır. Cənab İlham Əliyev ADA Universitetində "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda keçirilən beynəlxalq forumda tədbir iştirakçılarının suallarını cavablandırarkən  bu məqamlara xüsusi diqqət yönəltdi ki, artıq Azərbaycan 30 ildir beynəlxalq neft şirkətləri ilə əməkdaşlıq edir. Xəzər dənizinə xarici şirkətləri dəvət edən ilk ölkə Azərbaycan olub və gələcəyimiz daha da parlaqdır. Qazıntı yanacağından istifadəni dayandırmayacaq, lakin, diqqəti yaşıl gündəliyə yönəldəcək. Cənab İlham Əliyev dayanıqlı inkişaf və enerji məsələsinə gəldikdə, bildirdi ki, iqtisadi göstəricilərimiz və sosial proqramlarımız gəlirlərin ədalətli şəkildə paylanmasını təmin etmək üçün neft və qaz vəsaitlərini yoxsulluq və işsizlik kimi məsələlərin həllinə yönəltdiyimizi aydın şəkildə göstərir. Enerji əməkdaşlığımıza başlayanda və neft satışından ilk gəlirləri əldə edəndə Azərbaycanda yoxsulluğun səviyyəsi 50 faizə yaxın idi. Yəni, hər iki adamdan biri yoxsul idi. Qaçqınlar arasında bu göstərici 75 faizi ötürdü. Hazırda həmin göstərici 5 faizə qədər azaldılıb. Eyni vəziyyət işsizlikdə müşahidə olunur. Hazırda Qarabağda sosial infrastruktur yaradılır, genişmiqyaslı tikinti gedir. Müasir xəstəxanaların, klinikaların, universitetlərin, məktəblərin tikintisi üzrə xüsusi proqram var. Bir sözlə, sosial infrastruktur ən vacib məsələlərdən biridir. Məşğulluğa aid məsələ hər zaman diqqət mərkəzində olub. Çünki əhali artır. İlbəil on minlərlə vətəndaşımız dünyaya gəlir və beləliklə, məşğulluq məsələlərində hər zaman diqqətli olmalıyıq. Dövlətimizin  başçısı vurğuladı ki, işsizliyin bu qədər aşağı səviyyədə olması bizi rahat etməli deyil: "Əgər siz inkişaf məsələsini həll etməsəniz, çətin olacaq. Xüsusən də indi - dördüncü sənaye inqilabı zamanı bir çox ixtisas və peşələrə ehtiyac qalmır. Beləliklə, biz ciddi çağırışla üzləşəcəyik. Buna görə biz gənc nəslimizi hələ mövcud olmayan, lakin iki-üç ildən sonra yaranacaq yeni işlərə hazırlamalıyıq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31