Keniya İran neftindən imtina etdi

Keniya hökuməti İran neftindən imtina edib. "Media forum" saytının məlumatına görə, Keniya Energetika Nazirliyinin rəsmisi Patrik Nyoike iyulun 4-də jurnalistlərə açıqlamasında qərarı Qərbin İrana qarşı sanksiyaları ilə əlaqələndirib: "Keniya hökumətinin araşdırmaları göstərir ki, İrandan neft alınması ilə bağlı müqavilənin icrası Amerika və Avropa Birliyinin İrana qarşı qoyduğu sanksiyalara zidd addımdır. Belə bir müqavilənin icrası ölkənin tənbeh olunması ilə nəticələnə bilər.
Hazırda İran neftinə beynəlxalq sanksiya qoyulub. Elə buna görə də bizim qarşılıqlı razılaşma əsasında İranla bağlamaq istədiyimiz müqavilə də artıq ləğv olunmuş sayılır və icrası mümkün deyil".
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31