Angela Merkel İtalyanların könlünü aldı

Almaniyanın kansleri Angela Merkel İtaliyaya səfər edib. Səfər zamanı İtaliyadakı iqtisadi böhran əsas müzakirə olunan məsələ olub. İtaliya baş naziri Mario Monti bildirib ki, İtaliyanın heç kimin köməyinə ehtiyacı yoxdur, İtaliya höküməti və İtaliya parlamenti lazımi tədbirləri görmək iqtidarındadır. Qeyd edək ki, Avropa Birliyinin son yığıncağında Angela Merkelin bəzi fikirləri iki ölkə arasında narazılığa səbəb olmuşdu. Angela Merkel isə öz növbəsində İtaliya hökümətinin ciddi və lazımi qərarlar qəbul edəcəyinə inandığını bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31