Maliyyə Nazirliyi təıkzib edir
Azərbaycanda “RESO” adlı sığorta şirkəti yoxdur
25 Sentyabr 2013 19:26 İqtisadiyyat"Virtual Azərbaycan" saytında 24 sentyabr 2013-cü il tarixində dərc olunmuş "Erməni milyarderin Azərbaycanda sığorta biznesi!" sərlövhəli məqalədə Rusiyanın "RESO" sığorta şirkətinin Azərbaycan bazarına daxil olması barədə məlumatlar öz əksini tapıb. Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti bəyan edir ki, hazırda Azərbaycan Respublikasında "RESO" adlı nə sığorta, nə də təkrarsığorta şirkəti, həmin şirkətin hər hansı törəmə şirkəti və ya nümayəndəliyi fəaliyyət göstərmir. Bu şirkətin adı həmçinin, Azərbaycan sığortaçıları ilə təkrarsığorta əməliyyatları aparmağa icazəsi olan xarici təkrarsığortaçıların sıyahısında da yoxdur. Eyni zamanda bildiririk ki, jurnalist "araşdırması" kimi təqdim olunan sözügedən məqalə əslində sensasiya naminə yayılmış, obyektiv reallığa əsaslanmayan və müəllifin qərəzli mövqeyini əks etdirir.