Türkiyə BEM payının illik artırılması planına sadiqdir
6 Aprel 2024 18:11 İqtisadiyyatTürkiyə 2035-ci ilədək bərpa olunan enerji mənbələrinin (BEM) payının artması üzrə planların icrasına sadiqdir. Ölkədə 2024-cü ildən başlayaraq "yaşıl" enerji üzrə 5 min meqavattadək yeni imkanlar işə salındığı müşahidə olunub.
Olaylar.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar deyib.
Nazirin sözlərinə görə, Türkiyə 2035-ci ilədək illik 5 min meqavatt yeni BEM imkanları yaratmağı, o cümlədən, ildə 3 min 500 meqavatt günəş enerjisi və 1500 meqavatt külək enerjisi hasil etməyi hədəfləyir.
"Bütünlükdə 2024-cü ildən başlayaraq 12 il ərzində Türkiyədə yeni BEM-lərin toplam gücü 60 min meqavatta çatacaq", - o deyib.
Qeyd edək ki, 2035-ci ilədək Türkiyənin enerji sisteminin gücü bütünlükdə 190 min meqavatt (yaxud 190 qiqavatt) təşkil edəcək.