"Climate Change from Space" platforması COP29-un uğuruna kömək edəcək
5 Aprel 2024 11:03 İqtisadiyyat"Azərkosmos" "Climate Change from Space" elektron platformasının COP29 tədbirinin uğuruna kömək edəcəyinə ümid edir.
Olaylar xəbər verir ki, bu barədə "Azərkosmos" ASC-nin İdarə Heyətinin sədri Saməddin Əsədov "İqlim dəyişikliyinə kosmosdan baxış" mövzusunda tədbirin kuluarlarında deyib.
"Elektron platformamızın COP29 tədbirinin uğuruna kömək edəcəyinə ümid edirik. Bundan başqa, açıq məlumatlar iqlim, su ehtiyatlarımız və Xəzər dənizi, analitika, statistika və proqnozlaşdırma üzərində işləyən tədqiqatçılarımız, alimlərimiz, gənclərimiz və tələbələrimiz üçün yaxşı məlumat mənbəyi olacaqdır", - o deyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31