"Climate Change from Space" platforması üçün əsas informasiya mənbəyi "Azersky-2" peyki olub - Saməddin Əsədov
5 Aprel 2024 11:02 İqtisadiyyatKosmik texnologiyalar iqlim dəyişikliyinin monitorinqinin ən mühüm vasitələrindən birinə çevrilib.
Olaylar xəbər verir ki, bu barədə "Azərkosmos" ASC-nin İdarə Heyətinin sədri Saməddin Əsədov "İqlim dəyişikliyinə kosmosdan baxış" mövzusunda tədbirin kuluarında deyib.
"Kosmik texnologiyalar iqlim dəyişikliyinin monitorinqinin ən mühüm vasitələrindən birinə çevrilib. Bu gün biz ictiamiyyətə "Climate Change from Space" platformamızı təqdim edəcəyik. Hazırda bütün dünyada 160-dan çox kosmik aparat iqlim dəyişikliyinin ölçülməsi üçün cihazlarla təchiz olunub. Bundan başqa, iqlim dəyişikliyi barədə informasiyanın 60 faizdən çoxu kosmosdan daxil olur. Qeyd etmək istəyirəm ki, elektron platforma üçün əsas informasiya mənbəyi "Azersky-2" peyki oldu", - o deyib.