Azərbaycan və Rumıniyanın enerji tənzimləmə qurumları əlaqələrin genişləndirilməsini müzakirə ediblər

Enerji Məsələlərini Tənzimləmə Agentliyində (EMTA) Azərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti arasında ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə Birgə Komissiyanın 1 aprel 2024-cü il tarixində Bakıda keçirilən 8-ci iclasında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Rumıniyanın Energetika Sahəsində Milli Tənzimləmə Qurumunun (ANRE) prezidenti Corce-Serciu Nikulesku ilə görüş olub.

Olaylar.az xəbər verir ki, EMTA-nın İdarə Heyətinin sədr müavini Rövşən İsmayılov qonağı salamlayaraq, iki tənzimləyici qurum arasında mövcud əməkdaşlıq əlaqələrindən söz açıb.

ANRE-nin prezidenti Corce-Serciu Nikulesku səmimi qəbula görə təşəkkür edib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin, uzunmüddətli əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məqsədilə qurumlar arasında anlaşma memorandumunun imzalanması məsələsi müzakirə olunub.

Qeyd edək ki, EMTA ilə ANRE arasında 2018-ci ildən əməkdaşlıq əlaqələri mövcuddur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31