Azərbaycan-Rumıniya Komissiyasının yekunlarına dair 2 sənəd imzalanıb

Azərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın bu gün Bakıda keçirilən 8-ci iclasının yekunlarına dair protokol imzalanıb.

Olaylar bu barədə imzalanma mərasimindən xəbər verir.

Sənədi komissiyanın həmsədrləri Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və Rumıniyanın energetika naziri Sebastiyan-İoan Burduja imzalayıblar.

Bundan başqa, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli və Rumıniyanın Milli Sanitar Baytarlıq və Qida Təhlükəsizliyi İdarəsinin sədri-dövlət katibi Aleksandru Nikolae Boçu tərəfindən baytarlıq və qida məhsullarının təhlükəsizliyi sahəsində Anlaşma Memorandumu imzalanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31