Bu il 29 milyon ton neft nəql edilib
Nəqletmənin bir hissəsi BTC kəməri ilə həyata keçirilib
25 Sentyabr 2013 12:41 İqtisadiyyatBu ilin yanvar-avqust aylarında Azərbaycan ərazisindəki magistral kəmərləri ilə 29 milyon ton neft nəql edilib.Dövlət Statistika Komitəsindən ANS PRESS-ə verilən məlumata görə, nəqletmənin 3/4 hissəsi Bakı-Tbilisi-Ceyhan neft ixrac boru kəməri (BTC) ilə həyata keçirilib və bu ilin yanvar-avqust aylarında bu kəmərlə 22,1 milyon ton neft ötürülüb.
Bu dövrdə Səngəçal terminalından BTC kəməri ilə 2,1 milyon ton tranzit Türkmənistan nefti nəql olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31