Zədələnmiş pulların dəyişdirilməsi hansı hallarda mümkündür?- ÖZƏL
29 Mart 2024 21:21 İqtisadiyyatİqtisadçı ekspert Eldəniz Əmirov Olaylar.az-a açıqlamasında bildirib:
-Zədələnmiş pulların dəyişdirilməsi üçün xüsusi tələblər mövcuddur. Belə ki, pulun 60 faizi mütləq olaraq oxunmalı vəziyyətdə olmalıdır. Eyni zamanda, üzərindəki seriyalardan biri oxunmalıdır. Çünki, məhz 60 faiz hissəsi sağlam halda olan bir pul təqdim edilirsə, digər qalan 40 və aşağı faizə digər yerlərdə ikinci dəfə dəyişdirilmə olmaz. Əgər həmin faiz 50 olardısa, iki dəfə dəyişmə mümkün olardı. 50 faizlə bir dəfə, digər 50 faizlə də bir dəfə.
Bunun üçün 200 damadan ibarət olan ölçü vahidinin üzərinə yerləşdirərək hansı hissəsinin zədəli olub hansının olmadığı yoxlanılır. Zədələnmiş pulların dəyişdirilməsi Mərkəzi Bank tərəfindən həyata keçirilir. Bunun üçün məhz xüsusi bölmə fəaliyyət göstərir, yəni, xüsusi şöbələrdə belə pullar dəyişdirilir. Düzdür, digər kommersiya bankları da bu pulları dəyişə bilər. Amma bu məsələ onların öhdəliyində olmadığından dəyişməyə məcbur deyillər.