Azərbaycan əhalisi ən çox pulu bu ölkələrə göndərir - SİYAHI
29 Mart 2024 16:16 İqtisadiyyatAzərbaycanda yaşayan insanlar ötən il xaricə 550 milyon dollar dəyərində pul göndəriblər.
Olaylar.az Mərkəzi Banka istinadən xəbər verir ki, xaricə göndərilən pulun çox hissəsi Türkiyəyə köçürülüb.
Türkiyəyə il ərzində göndərilən pulun məbləği 146,1 milyon dollar olub. İkinci sırada Rusiya dayanır. Rusiyaya 71,18 milyon dollar göndərilib.
Növbəti yerləri Gürcüstan (58,85 milyon dollar), ABŞ (54,8 milyon dollar), Birləşmiş Krallıq (33,7 milyon dollar), Almaniya (23,6 milyon dollar) tutur.
Ümumilikdə, 2023-cü ildə xaricə göndərilən pulun məbləği 2022-ci ilə nisbətən azalıb. Yaranan fərq 115 milyon dollar olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31