Naxçıvanda aktiv vergi ödəyicilərinin sayı artıb

Bu ilin mart ayının 1-nə Naxçıvan Muxtar Respublikasında aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 9,2 % artaraq 16 935 olub.

Bu barədə Olaylar.az Muxtar Respublikanın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Hesabat dövründə aktiv ƏDV ödəyicilərinin sayı 10,3 % çoxalaraq 472 təşkil edib.

Aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı isə ilin əvvəli ilə müqayisədə 4 % artaraq 5 541-ə çatıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31