Ticarət mərkəzlərini keyfiyyətsiz məhsullar bürüyüb - ARAŞDIRMA
Satışda yararlılıq müddəti 4 il əvvəl bitmiş ərzaq məhsulları var
23 Sentyabr 2013 17:19 İqtisadiyyatSon vaxtlar paytaхtın ticarət mərkəzlərində keyfiyyətsiz və yararlılıq müddəti keçmiş qida məhsullarının satışı adi hal alıb. Demək olar ki, paytaxtda fəaliyyət göstərən əksər ticarət şəbəkələrində belə məhsullara rast gəlmək mümkündür. İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən monitorinqlər zamanı mütəmadi olaraq belə faktların aşkarlanması dediklərimizi bir daha təsdiqləyir. Digər bir məlumata görə, paytaxtın ticarət mərkəzlərində satışdan çıxarılan keyfiyyətsiz və yararlılıq müddəti ötmüş mhsullar bölgələrə daşınaraq təkrar satışa çıxarılır. Bu günlərdə Bakı ətrafı rayonların birində yararlılıq müddəti 4 il əvvəl bitmiş ərzaq məhsulunun istehlakçıya satılması faktı həyəcan təbili çaılmağa əsas verir. Maraqlıdır, müxtəlif qurumlar tərəfindən bu kimi hallara qarşı mütəmadi mübarizə aparılmasına baxmayaraq hələ də mağazalarda insan orqanizmi üçün təhlükəli malların satışı davam edir. Ekspertlərin qənaətinə görə, bu məsələdə təkcə satıcılar deyil, həmçinin istehsalçılar və istehlakçılar da məsuliyyət daşıyır. Təəssüf ki, liberal bazar strukturunun əsasını təşkil edən bu cubyektlərin biganəliyi nəticəsində respublikanın ticarət şəbəkələrini keyfiyyətsiz və yararlılıq müddəti ötmüş məhsullar bürüyüb. Hazırda bazar və dükanlarda keyfiyyətsiz cənaye məhsullarından tutmuş, ərzaq və qeyri-ərzaq məhsullarına rast gəlmək mümkündür. Mütəxəssislərin sözlərinə görə, ticarət mərkəzlərində belə xaosun yaranması bir sıra səbəbələrlə bağlıdır ki, həmin səbəblər bir-biri ilə zəncirvari əlaqəlidir. Məhz bu səbəbdən həyata keçirilən nəzarət mexanizmi səmərə vermir. Belə ki, ilk əvvəl istehlsalçılar daha çox qazanc əldə etmək məqsədilə keyfiyyətsiz məhsul istehsalına rəvac verirlər. Xüsusən, fiziki şəxslər tərəfindən istehsal edilən ərzaq məhsulları insan orqanizmi üçün daha təhlükəli hesab olunur. Araşdırmalar göstərir ki, fiziki şəxslər heç də sanitar şəraiti olan, təmiz, səliqəli və geniş şəraiti olan məkanda fəaliyyət göstərməkdə maraqlı deyillər. Çünki, bu zaman daha çox "arenda" haqqı ödəmək tələb olunur ki, bu da fiziki şəxslərə sərfəli deyil. Necə deyərlər, gözdən uzaq, könüldən iraq olduqca vergi və sair xərclər də azalmış olur. Gizli məkanda fəaliyyət göstərən belə sahibkarların istehsal etdikləri məhsullar qətiyyən tələb olunan normativlərə uyğun gəlmir. İndi belə fəaliyyət növü nisbətən asan olduğundan daha geniş yayılıb. Yəni, bütün məmulatlar xarici ölkələrdən gətirilərək dörd divar arasında qablaşdırılır ki, bu zaman standart, filan gözləməyə ehtiyac qalmır. Elə bu səbədən də satışa çıxarılan məhsulun üzərində istehsal yeri və tarixi düzgün göstərilmir. Cünki, ayın, günün müxtəlif tarixləri əks olunmuş qablar əvvəlcədən sifariş verilərək əldə edilib, o səbədən satışdan çıxarılmış məhsulların təkrar istesala buraxılması heç bir problem yaratmır.
Digər məsələ, istehlakçılarla bağlıdır ki, bu kateqoriyadan olan insanlar öz hüquq və vəzifələrindən yetərincə istifadə etmirlər. Ertiraf edək ki, çox az sayda insan tapmaq olar ki, aldığı məhsulun istehsal tarixi ilə maraqlansın, lazım olan sənədləri tələb etsin. İnsanlar öz həyatlarına o qədər biganə olublar ki, hətta zəhərlənmə halında belə müvafiq orqanlara müraciət etmək fikrindən vaz keçirlər. Çünki insanları daha çox keyfiyyətli yox, uzuz məhsul maraqlandırır. Elə satış mərkəzləri də bu məsələdə yaxalarını kənara çəkə bilməzlər. Ona görə ki, onlar da üzərlərinə düşən vəzifənin icrasında məsuliyyətsizlik nümayiş etdirirlər. Məsələn, satıcılar ərzaq qəbul edəndə qaimə sənədi tələb etmir, istehlakçılara vətəndaşların narazılıqlarını çatdırmır, vaxtı keçmiş məhsulları həmən satışdan çıxarmırlar. Lakin nəzərə alınmalıdır ki, elə ərzaq malları var ki, onlar insanların qida rasionunun gündəlik tələbatına çevrilib. Bu tipli məhsullardan hər gün istifadə etmək ehtiyacı yaranır. Belə ərzaq məhsullarının keyfiyyətsiz olması nəinki insan həyatı, hətta millətin genafondü üçün təhlükəlidir.
Düzdür, Azərbaycanda elə tanınmış brend məhsullar var ki, sahibkarlar bu məhsullarını hətta xarici ölkə bazarlarına ixrac edə bilirlər. Amma ümumilikdə ticarət bazarlarının monitorinqi göstərir ki, satışa çıxarılan yeyinti məhsullarının böyük əksəriyyəti xaricdən idxal olunmuş məhsullardır. Bunun isə səbəbi əhalinin yerli məhsulların keyfirrətinə etibarının olmaması ilə bağlıdır. Bu fakt deməyə əsas verir ki, satış bazarlarına keyfiyyətsiz məhsul çıxarılmasının qarşısını almaq üçün sahibkarların məsuliyyətinin artırılmasına ehtiyac var. Xüsusən qida məhsulları istehsalı ilə məşğul olan sahibkarlar yüksək risk qrupuna daxil edilməli və onların fəaliyyəti daim nəzarət altında olmalıdır. Halbuki, yeni qanunvüericiliyə görə, bu kateqoriyadan olan sahibkarların fəaliyyətini altı aydan tez yoxlanılmasına icazə verilmir. Bu isə sahibkarların sui-istifadəsi üçün real zəmin yaradır. Nəticədə məhsulun istehsal dəyəri ilə paralel keyfiyyəti də azalmış olur.
Alim