SOCAR-AQŞ daha bir quyuda qazma işlərinə başladı
23 Sentyabr 2013 16:52 İqtisadiyyat350 saylı quyunun tikintisi işlərinə yeni quraşdırılmışTopDrive avadanlığı ilə start verildi. SOCAR-AQŞ Günəşli yatağının dayazsulu hissəsində DDSÖ 13-dən 350 saylı horizontal quyunun tikintisi işlərinə başlayıb. Qeyd edək ki, 350 saylı quyu Fasilə Lay Dəstəsinə (FLD) qazılan quyular silsiləsindən biri olaraq layihə dərinliyi 3450 metr təşkil edir.
13 saylı özüldə quraşdırılmış yeni qazma avadanlığı -TopDrive vasitəsi ilə müəssisəmiz quyunun qazılmasına sərf edilən vaxtı xeyli azaldaraq xərclərə qənaət olunmasına imkan yaradacaq. Bundan başqa, yeni avadanlığın tətbiqi qazma keçidinin artmasında və il ərzində daha çox quyuların qazılıb sifarişciyə təhvil verilməsində əhəmiyyətli rol oynayacaq.
SOCAR-AQŞ əldə edəcəyi bu təcrübədən bəhrələnərək gələcəkdə də yeni, müasir tipli avadanlıqların lazım gəldiyi hallarda alınması və tətbiqi sahəsində səylərini artıracaq.