Azərbaycanda istehsal olunan gümüş və qızılın miqdarı AÇIQLANDI

Azərbaycanda bu ilin geridə qalan dövrü ərzində istehsal edilən qızıl və gümüşün miqdarı açıqlanıb. 

Olaylar.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, yanvar və fevral ayları ərzində 263,6 kq qızıl, 567,7 kq gümüş istehsal olunub. 

Ötən ilin eyni dövrü ilə müqayisədə bu il gümüş istehsalı 22,7 faiz (105 kq), qızıl istehsalı 0,2 faiz (0,53 kq) artıb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31