Xarici investorların Azərbaycana marağı artır-Deputat

"Xarici investorların Azərbaycan iqtisadiyyatına marağı getdikcə artır. Bu maraq tək neft-qazı deyil, fərqli sahələri, məsələn, bərpa olunan enerji mənbələrinin istismarı, logistika, kənd təsərrüfatını da əhatə edir".  Olaylar xəbər verir ki, bunui Milli Məclisin deputatı Elnur Allahvediyev parlamentin iclasında deyib: "Bu, hökumətin uğurlu fəaliyyəti nəticəsində əlverişli investisiya ab-havasının yaradılması deməkdir. Bunun təsdiqi kimi tək bir faktı - Azərbaycanda bu il 205 xarici investisiyalı müəssisəsinin dövlət qeydiyyatından keçməsini qeyd etmək kifayətdir".

Deputat qeyd edib ki, iqtisadiyyata investisiya yatırımı ötən ilin eyni dövrü ilə müqayisədə 15,5% artıb: "Burada da qeyri-neft-qaz sektorundakı vəziyyət ürəkaçandır. Bu sferaya yatırılan investisiyanın məbləğində 17 % artım var. Biz müşahidə edirik ki, dövlət kapitalı ilə yanaşı özəl investisiyanın da payının artımı baş verir. Bu münbit işgüzarlıq mühitinin formalaşmasının və kapitalın dövlət təminatına etibarının əlamətidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31