Nizami Gəncəvi Beynəlxalq Mərkəzi COP29-un keçirilməsində mühüm rol oynayacaq - Valdis Zatlers
14 Mart 2024 17:49 İqtisadiyyatNizami Gəncəvi Beynəlxalq Mərkəzi COP29-un Azərbaycanda keçirilməsində mühüm rol oynayacaq.
Bu barədə Trend-ə Latviyanın keçmiş prezidenti Valdis Zatlers XI Qlobal Bakı Forumu çərçivəsində deyib.
COP29-un uğurla keçiriləcəyini qeyd edən keçmiş prezident XI Qlobal Bakı Forumunun bu tədbirə hazırlığın mərhələlərindən biri olduğunu qeyd edib.
"İnsanların bu və ya digər problemlərlə bağlı öz fikirləri var. Qlobal Bakı Forumunda ən əsası budur. Biz qlobal problemlərin həllinə entuziazmla yanaşmalıyıq. Bu olmadan biz heç vaxt nəticə əldə etməyəcəyik", - deyə Zatlers əlavə edib.
Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi (NGBM) tərəfindən təşkil olunan XI Qlobal Bakı Forumu keçirilir. Tədbirdə 400-ə yaxın dünyaca məşhur peşəkar, eləcə də, keçmiş və hazırkı dünya liderləri, nazirlər və Nobel mükafatı laureatları iştirak edir.