Ölkəmizdə gələn həftədən bu maşın istehsal olunacaq
18 Mart 2024 12:38 İqtisadiyyatGələn həftədən etibarən Azərbaycanda Rusiyanın "Lada Qranta" avtomobillərinin istehsalına başlanılacaq.
Olaylar xəbər verir ki, bu barədə "Atipik AvtoVAZ" İctimai Birliyinin səhifəsi məlumat yayıb.
Bildirilib ki, ötən ilin dekabrında yığımın texnoloji proseslərini sınaqdan keçirmək üçün 11 ədəd "Lada Qranta" avtomobil komplekti Azərbaycana göndərilib.
Qeyd olunur ki, martın sonunda Gəncə şəhərində avtomobil hissələrinin yığıldığı zavodun açılışı gözlənilir. (Axar.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31