Azərbaycan və İraq rəsmiləri GÖRÜŞDÜ

Azərbaycan və İraq arasında iki ölkənin iqtisadi potensialının reallaşdırılması imkanları müzakirə edilib.

Olaylar.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

"İraqa səfərimiz çərçivəsində həmkarlarla birlikdə Prezident Əbdüllətif Camal Rəşidin qəbulunda olduq. Azərbaycan və İraq arasında əlaqələrin dövlət başçılarının müəyyənləşdirdiyi istiqamətlər üzrə inkişaf etdiyi vurğulandı və mövcud iqtisadi potensialın reallaşdırılması imkanları nəzərdən keçirildi", - deyə o qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31