Muxtar Babayev COP29-un əsas məqsədlərini açıqladı

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) əsas məqsədi iqlim dəyişikliyi ilə mübarizə tədbirlərinin maliyyələşdirilməsinə mümkün qədər çox özəl sektoru cəlb etməkdir.

Olaylar.az report-a istinadən xəbər verir ki, bunu Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev Böyük Britaniyanın "The Guardian" nəşrinə müsahibəsində deyib.

Onun sözlərinə görə, özəl sektor yeni təşəbbüs, format, maliyyələşdirmə mexanizmləri üçün çox yaxşı mənbədir.

M.Babayev COP çərçivəsində danışıqlarda 1,5°C hədəfinə nail olunmasının diqqət mərkəzində saxlanılmalı olduğunu da vurğulayıb:

"1,5°C hədəfinə nail olmaq üçün səylərimizi birləşdirməliyik. Bu məsələyə dair bədbin deyiləm. Biz qlobal səviyyədə emissiyaların azaldılması proqramın məqsədinə və həyata keçirilməsinə doğru irəliləməliyik. Əgər biz hərəkətə başlasaq, əvvəlki COP-larda əldə olunmuş razılaşmaları həyata keçirməyə başlasaq, bizim şansımız var. Biz mümkün olan hər şeyi edəcəyik".

Xatırladaq ki, COP29 bu ilin noyabrında Azərbaycanda keçiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31