COP29-un prezidenti İsveçin sessiyada nümayəndə heyətinin rəhbəri ilə müzakirələr aparıb
11 Mart 2024 20:48 İqtisadiyyatBMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) prezidenti Muxtar Babayev və BMT-nin İqlim Dəyişikliyi üzrə Yüksək Səviyyəli Çempionu Nigar Arpadarai İsveçin sessiyada nümayəndə heyətinin rəhbəri Matias Frumeri ilə görüş keçirib.
Olaylar.az xəbər verir ki, bu barədə COP-29-un "X" sosial şəbəkəsindəki rəsmi səhifəsində məlumat paylaşılıb.
Danışıqlar zamanı tərəflər iqlim diplomatiyasının və təcili tədbirlərin görülməsinin vacibliyini qeyd ediblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31