Mühasibat uçotu üzrə ixtisasartırma kursları keçirilir
24 Aprel 2012 17:43 İqtisadiyyatAMEA Elmi İnnovasiyalar Mərkəzi və Samara mütəxəssisləri tərəfindən mühasibat uçotu üzrə ixtisasartırma kursları keçirilir. Mərkəzin məlumatına görə, kurslar 3 səviyyədə-mühasib-mütəxəssis, peşəkar mühasib - kommersiya (qeyri-kommersiya) təşkilatının baş mühasibi, peşəkar mühasib - büdcə təşkilatının baş mühasibi, sertifikatlaşdırılmış peşəkar mühasib - baş mühasib, sertifikatlaşdırılmış maliyyə meneceri - maliyyə direktoru, idarəetmə uçotu üzrə sertifikatlaşdırılmış peşəkar mühasib - baş iqtisadçı səviyyəsində aparılır. Ali və ya orta peşəkar iqtisadi təhsilə və ya iqtisad elmləri namizədi alimlik dərəcəsinə malik olmalıdır, mühasib, iqtisadçı (maliyyəçi) vəzifələrində və ya mühasibat uçotu, maliyyə bilikləri tələb edən vəzifələrdə, həmçinin mühasib uçotu üzrə məsləhətçi və müəllim kimi ən azı 3 il çalışmış olmalıdır.
Kadr ehtiyatı attestatı almaq istəyən iddiaçı iqtisadi ixtisaslar üzrə ali və ya orta ixtisas təhsili alan tələbə olmalıdır. ("OLAYLAR"İA)