Naxçıvanda qeydiyyata alınmış vergi ödəyicilərinin sayı ARTIB

Bu ilin yanvar-fevral aylarında Naxçıvan Muxtar Respublikasında 1 175 yeni vergi ödəyicisi qeydiyyata alınıb.

Məlumata görə, bunların 95 %-i fiziki, 5 %-i hüquqi şəxslər və digər təşkilatlar olub. Ötən ilin eyni dövrü ilə müqayisədə qeydiyyata alınmış vergi ödəyicilərinin sayı 20 % artıb.

2 ay ərzində kommersiya qurumlarının 57 %-i elektron qaydada, 43 %-i isə kağız daşıyıcılar vasitəsilə müraciətlər əsasında uçota alınıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31