Azərbaycanda avtomobillər üçün elektrik enerjisi doldurma məntəqələri quraşdırılacaq
7 Mart 2024 14:07 İqtisadiyyatAzərbaycanda avtomobillər üçün elektrik enerjisi doldurma məntəqələri quraşdırılacaq.
Olaylar.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin təşviq edilməsi haqqında sərəncamda əksini tapıb.
Sərəncama əsasən, Nazirlər Kabineti Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, Azərbaycan Respublikası Energetika Nazirliyinin, "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin və "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin təklifləri əsasında elektrik enerjisi doldurma məntəqələrinin quraşdırılması üçün yerləri bir ay müddətində müəyyən etməlidir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31