Azərbaycan dünyanın enerji xəritəsini yenidən tərtib edir- ÖZƏL
7 Mart 2024 12:20 İqtisadiyyat"Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu layihələrin uğurlu icrası, səylərin birləşdirilməsi fonunda görülən işlər yalnız dünyanın enerji təhlükəsizliyinin təminatı məsələsi deyil. Bu, Azərbaycanın artan nüfuzunun, etibarlı tərəfdaş kimi möhkəmlənən mövqeyinin, göstərilən etimadın təqdimatıdır. Bu layihələr ölkələri, xalqları bir araya gətirərək Azərbaycanın dostluq körpüsü kimi qazandığı imicə yeni əlavələr edir". "Olaylar" xəbər verir ki, bunu YAP Qəbələ rayon təşkilatının sədri Abil Ağasəfov deyib: "Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları zamanı "Euronews" televiziyasına müsahibəsində bir daha Azərbaycanın enerji sektorunda qazandığı uğurlardan bəhs edən dövlət başçısı İlham Əliyev qeyd etdi ki, qazıntı yanacağına sahib olan ölkə olmağımız nailiyyətimizdir. Biz neft və qaz ehtiyatları olan bir çox ölkənin üzləşdiyi "neft lənətinə" düçar olmamağı bacardıq. Biz nefti inkişafa çevirdik, sərvətin ədalətli paylanmasını təmin etməyə nail olduq. Son 20 ildə biz Azərbaycanda yoxsulluğun səviyyəsi 50 faizdən 5 faizə enib. Cənab İlham Əliyev səsləndirilən reallıqdan uzaq fikirlərə də münasibətini açıqladı: "Əfsuslar olsun, indi deyirlər ki, qazıntı yanacağı təhlükəlidir, mənfidir və günah bu ehtiyata sahib olan ölkələrdədir. Mənim mesajım ondan ibarət idi ki, bizə gördüyümüz işə görə, gəlirlərdən insanların ehtiyaclarını təmin etmək və yaşıl enerji gündəliyinə təkan vermək üçün necə istifadə etdiyimizə görə qiymət verin. Ümidvaram ki, mesajım eşidiləcək." Reallıq budur ki, Ümummilli Lider Heydər Əliyev iqtisadiyyatın inkişafında neft amilinə xüsusi önəm verməklə bugünkü reallıqlara yol açdı. Bu gün Azərbaycan iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələrini reallığa çevirməklə dünyanın enerji xəritəsini yenidən tərtib edir".