Bərpaolunan enerji layihələri Azərbaycanın iqtisadi potensialının göstəricisidir- ÖZƏL
7 Mart 2024 12:19 İqtisadiyyat"Azərbaycan hər dövrün çağırışlarını yüksək səviyyədə cavablandırmaq üçün böyük potensiala malikdir. Qarabağ və Şərqi Zəngəzur yaşıl enerji mərkəzinə çevriləcək. Son bir ildə imzalanan sənədlər bərpaolunan enerji sahəsində mövcud imkanlarımızı dünyaya təqdim edir. Azərbaycan Avropaya digər enerji körpüsünü salmağa başlayır. Ölkəmiz Avropanın mühüm elektrik enerjisi, əsasən, yaşıl enerji təchizatçısına çevrilməyi planlaşdırır". "Olaylar" xəbər verir ki, bunu YAP Goranboy rayon təşkilatının sədri Samir Qocayev deyib:
"Son 10 ildə birgə əməkdaşlıq nəticəsində atılan addımlara və onların uğurlu nəticələrinə diqqət yetirmək kifayətdir. Təkçə ötən toplantıdan bugünədək ölkəmizin enerji sektorunda qazanılan uğurlara diqqət yetirməklə əməkdaşlıq üçün geniş imkanların mövcudluğunu böyük əminliklə qeyd edə bilərik. Artıq dünya bu reallığı təsdiqləyir ki, Azərbaycan beynəlxalq miqyasda baş verən iqisadi proseslərin mərkəzindədir. Hazırkı dövrün əsas çağırılarından biri bərpaolunan enerji mənbələrinə investisiyaların yatırılmasıdır. Dövlət başçısı İlham Əliyev bərpaolunan enerji ilə bağlı planlarımızdan bəhs edərkən bildirdi ki, bu il Azərbaycanda "Yaşıl dünya naminə həmrəylik ili" elan olunub. Bərpaolunan enerji layihələrimiz yüksək göstəricilər nümayiş etdirir".