COP29  ümumi yaşıl enerji gündəliyimizin və məsuliyyət hissimizin bir hissəsini təşkil edir- ÖZƏL

"Azərbaycan yaşıl enerjiyə keçid prosesində iştirak edir. Bu il Azərbaycanda "Yaşıl dünya naminə həmrəylik ili" elan olundu. Bərpaolunan enerji layihələrimiz yüksək göstəricilər nümayiş etdirir". "Olaylar" xəbər verir ki, bunu deyən YAP Şabran rayon təşkilatının sədri Mehdi Balabəyovun sözlərinə görə, bu layihələr arasında keçən ilin oktyabr ayında Azərbaycanda açılışı edilən ilk böyük Günəş Elektrik Stansiyası yer alır və bu stansiyanın gücü 230 meqavatdır. Bu stansiya bərpaolunan enerji sahəsində aparıcı şirkətlərdən biri "Masdar" tərəfindən inşa olunmuşdur və bu, yalnız başlanğıcdır. İmzalanmış müqavilələrə və Anlaşma memorandumlarına əsasən, 2030-cu ilədək biz 5 min meqavata qədər, yəni 5 qiqavat günəş və külək enerjisi istehsal etmək planlaşdırılıb:
"Ölkə Prezidenti İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları zamanı "Euronews" televiziyasına müsahibəsində də bərpaolunan enerji sahəsində mövcud imkanlara, həmçinin Azərbaycanın bu il ev sahibliyi edəcəyi COP29-a  diqqəti yönəltdi. Bildirdi ki, COP29 bizim ümumi yaşıl enerji gündəliyimizin və məsuliyyət hissimizin bir hissəsini təşkil edir. Çünki qazıntı yanacağı ilə zəngin ölkələr yaşıl enerjiyə keçiddə ön sıralarda olmalıdır. Biz bunu ənənəvi ehtiyatlarımız çatışmadığına görə etmirik, ona görə edirik ki, neft-qaz satışından əldə etdiyimiz maliyyədən, gəlirlərdən bərpaolunan enerjiyə sərmayə yatırmaq üçün istifadə etməklə töhfə vermək və buna ehtiyacın olduğuna dair ümumi bir anlayış yaratmaq istəyirik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31