Qızılın qiyməti rekorda imza atdı

Qızılın qiyməti dünya bazarlarında tarixi maksimuma çatıb.

Olaylar.az report-a istinadən xəbər verir ki, Comex birjasında (Nyu-York əmtəə birjasının bölməsi) metalın bir troy unsiyasının qiyməti tarixdə ilk dəfə 2 150 ABŞ dollarını ötüb.

Yeni qiymət 2 154,3 ABŞ dolları təşkil edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31