Ölkəmiz yaşıl enerji iqtisadiyyatına verdiyi önəmi əməli fəaliyyətlərlə də təsdiqləyir- ÖZƏL
6 Mart 2024 11:39 İqtisadiyyat"Hazırda Azərbaycan COP29-a uğurlu ev sahibliyi etmək üçün çox ciddi hazırlıqlar görür ki, bu da ölkəmizin yaşıl gündəliyə münasibətinin ifadəsidir". "Olaylar" xəbər verir ki, bunu deyən Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri Samir Vəliyevin sözlərinə görə, Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına tərəf olmaqla qlobal iqlim dəyişmələrinə qarşı mübarizəyə qoşulub: "Ölkəmiz 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarını 35 faiz azaldılmasını hədəfləyir. 2030-cu ildən sonra isə daha iddialı hədəf müəyyən edilib ki, bu da 2050-ci ilə qədər istixana qazlarının miqdarının 40 faiz azaldılmasından ibarətdir. Bundan başqa, Azərbaycan Prezidenti ölkəmizin işğaldan azad edilmiş torpaqlarını "Yaşıl enerji" zonası elan edib. Bu ərazilərin 2050-ci ilədək "Netto sıfır emissiya" zonasına çevrilməsi nəzərdə tutulur. Beləliklə, ölkəmiz yaşıl enerji iqtisadiyyatına verdiyi önəmi əməli fəaliyyətlərlə də təsdiqləyir".