Azərbaycanın regionlarına investisiya qoyuluşu artıb - Mikayıl Cabbarov

2023-cü ildə Azərbaycan regionlarında əsas kapitala investisiyalar 2022-ci illə müqayisədə 25% çox olub.

Olaylar xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsində paylaşım edib.

"Ötən il regionlara investisiya qoyuluşu 10,1 milyard manat təşkil edib", - deyə o qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31