Mərkəzi Asiyadan “yaşıl enerji”nin Azərbaycan vasitəsilə ixrac edilməsi müzakirə edildi
5 Mart 2024 19:20 İqtisadiyyatEnergetika naziri Pərviz Şahbazov həmkarı Almasadam Satkaliyev ilə görüşüb.
Olaylar.az xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabatında bildirib.
"Astanada həmkarım Almasadam Satkaliyev ilə səmərəli görüşümüz oldu. BTC ilə Qazaxıstan neftinin nəqlinin tədricən artırılması, Mərkəzi Asiyadan "yaşıl enerji"nin Azərbaycan vasitəsilə ixracı üçün müvafiq tədbirlərin görülməsi, nazirliklər arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Saziş layihəsinin hazırlanması məsələlərini müzakirə etdik" - Pərviz Şahbazov qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31