Enerji təhlükəsizliyi ölkənin milli təhlükəsizlik məsələsi hesab olunur- ÖZƏL

"Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclaslarında çıxışı zamanı Prezident İlham Əliyev Azərbaycan-Albaniya münasibətlərini yüksək qiymətləndirməklə bərabər əməkdaşlığın yeni perspektivlərindən bəhs etdi". Olaylar xəbər verir ki, bunu millət vəkili Cavid Osmanov deyib:
"Ölkə başçısı bildirdi ki, enerjinin şaxələndirilməsi və enerji təhlükəsizliyi məsələlərində Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni təchizat coğrafiyasının yaradılmasına xidmət etmişdir.
Məşvərət Şurasının ötən illərdəki toplantıları zamanı enerji təhlükəsizliyi məsələləri həmişə müzakirə olunub. Azərbaycanın burada mövqeyi hər zaman ardıcıl olub. Enerji təhlükəsizliyin təmin olunması ölkənin milli təhlükəsizlik məsələsi hesab olunur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31