Azərbaycan, Gürcüstan və Türkiyə dəmiryolu rəhbərləri BTQ-nin başa çatdırılmasını müzakirə edəcəklər

"Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) idarə heyətinin sədri Rövşən Rüstəmovun rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstana səfərə gedib.

Olaylar.az xəbər verir ki, səfərin məqsədi Bakı-Tbilisi-Qars dəmiryolu xəttində aparılan tikinti-bərpa və yenidənqurma işləri ilə tanış olmaqdır.

Həmçinin, Azərbaycan nümayəndə heyətinin rəhbəri Gürcüstan və Türkiyənin dəmiryolu idarələrinin rəhbərləri ilə görüşəcək. Görüşdə BTQ layihəsinin tam başa çatdırılması, yükdaşımaların həcminin artırılması və s. məsələlər diqqət mərkəzində olacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31