Azərbaycan bir sıra regional və beynəlxalq enerji layihələrinin müəllifi kimi tanınır- ÖZƏL


"Azərbaycanın enerji layihələri dünya dövlətləri tərəfindən birmənalı şəkildə qəbul edilməkdədir. Hazırda Azərbaycan bir sıra regional və beynəlxalq enerji layihələrinin müəllifi kimi tanınır". "Olaylar" xəbər verir ki, bunu deyən hüquqşünas Alim Hüseynlinin sözlərinə görə, sözügedən layihələr ölkəmizlə yanaşı, dünya dövlətlərinə də faydalıdır: "Belə layihələrdən biri də Cənub Qaz Dəhlizi layihəsidir ki, hazırda dünya dövlətlərinin maraq dairəsindədir. Məhz bu səbəbdən tərəfdaş dövlətlər Cənub Qaz Dəhlizi layihəsi üzrə enerji əməkdaşlığının müxtəlif aspektlərini müzakirə etmək üçün Bakıya toplaşıblar. Məlum olduğu kimi  Azərbaycan Avropa İttifaqına üzv dövlətlərin enerji təhlükəsizliyi məsələsində mühüm rol oynayır. Başqa sözlə, Azərbaycan Avropa üçün yeni enerji mənbəyi kimi çıxış edir. Ölkəmizdə yeni qaz yataqlarının üzə çıxması isə  Azərbaycanın əhəmiyyətini daha da artırır. Şübhəsiz ki, Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurasının iclasında da bir sıra məsələlərə aydınlıq gətiriləcək".  
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31